Split · İnverter · Yerində diaqnostika
Kondisioner təmiri Bakıda
Kondisioner zəif soyudursa, daxili blokdan su damlayırsa və ya ekranda xəta kodu görünürsə, usta səbəbi yerində tapır və təmiri sizinlə razılaşdırdıqdan sonra aparır.
- Yerində diaqnostikaSəbəb ölçmə ilə tapılır
- 6 ay zəmanətGörülən işə
- Bütün Bakı24 saat, 7 gün
Kondisioner təmiri necə aparılır?
Eyni əlamətin bir neçə səbəbi ola bilər. Məsələn, kondisionerin soyutmaması həm çirkli filtr, həm freon sızması, həm də kompressorun və ya onun start kondensatorunun nasazlığı ilə bağlı ola bilər. Ona görə usta əvvəlcə təzyiqi, cərəyanı və temperaturu ölçür, səbəbi müəyyən edir.
Freon çatışmazlığı varsa, sadəcə qaz vurmaq kifayət deyil: freon qapalı sistemdə öz-özünə azalmır, deməli haradasa sızma var. Sızma yeri tapılıb aradan qaldırılmadan doldurulan freon qısa müddətdə yenidən çıxacaq.
Təmir zamanı görülən işlər
- Xəta kodunun oxunması, sensorların və platanın yoxlanması
- Freon sızmasının tapılması, birləşmələrin yenilənməsi və ya lehimlənməsi
- Freon doldurulması (R22, R410A, R32)
- Start kondensatorunun, ventilyator mühərrikinin və sensorların dəyişdirilməsi
- Drenaj xəttinin açılması və daxili blokdan su axmasının aradan qaldırılması
Kondisioner xidmətləri
Kondisionerin ən çox rast gəlinən nasazlıqları
Əlamətlər ilkin istiqamət verir; dəqiq səbəb ölçmələrlə müəyyən edilir.
Soyutmur və ya zəif soyudur
Çirkli filtr, freon sızması, kompressor və ya xarici blokun ventilyatoru yoxlanılır.
Daxili blokdan su axır
Adətən drenaj xəttinin tıxanması, meylin pozulması və ya buz bağlaması ilə bağlıdır.
Xəta kodu verir
Kod sensorun, platanın, ventilyatorun və ya qoruyucu sistemin işə düşdüyünü göstərir.
İşə düşmür
Pult, elektrik qidası, qoruyucu və idarəetmə platası yoxlanılır.
Səs-küy və titrəmə
Laxlamış bərkidici, ventilyator, podşipnik və ya kompressorun dayaqları ilə bağlı ola bilər.
Pis qoxu
Daxili blokda yığılan çirkdən yaranır və kondisioner servisi zamanı yuyulma ilə aradan qalxır.
Təmir prosesi
- MüraciətProblemi və xəta kodunu zəng və ya WhatsApp ilə bildirin.
- DiaqnostikaUsta təzyiqi, cərəyanı və temperaturu ölçür, səbəbi izah edir.
- RazılaşmaGörüləcək iş və dəyişdiriləcək hissələr əvvəlcədən razılaşdırılır.
- Təmir və sınaqCihaz iş rejimində yoxlanılır. Görülən işə 6 ay zəmanət verilir.
Ustaya ehtiyacınız var?
Zəng edin və ya WhatsApp-a yazın – müraciətləri 24 saat, həftənin 7 günü qəbul edirik.
FAQ
Tez-tez verilən suallar
Kondisioner təmiri nə qədər vaxt aparır?
Sadə təmir adətən 1–2 saat, mürəkkəb hallarda 1–2 gün çəkir. Dəqiq müddəti usta diaqnostikadan sonra deyir.
Freon sadəcə vurulsa, problem həll olunarmı?
Xeyr. Freon azalıbsa, sistemdə sızma var. Əvvəlcə sızma tapılıb aradan qaldırılmalı, sonra sistem vakuumlanıb doldurulmalıdır.
İnverter kondisionerləri təmir edirsinizmi?
Bəli, bütün markaların divar tipli split və inverter kondisionerləri üzrə diaqnostika və təmir aparırıq.
Təmirə zəmanət verilirmi?
Bəli, görülən işə 6 ay zəmanət verilir.
Digər xidmətlər
Ustanın gəldiyi rayonlar
- Bakı
- Binəqədi
- Nərimanov
- Nəsimi
- Yasamal
- Xətai
- Sabunçu
- Xəzər
- Suraxanı
- Qaradağ
- Pirallahı